')

Bu gün:


FutbolPress.Az | Milan Obradoviç Antalyada: "Məqsədimiz gənc futbolçuları nəzarətdə saxlamaqdı"

Milan Obradoviç Antalyada: "Məqsədimiz gənc futbolçuları nəzarətdə saxlamaqdı"


oxunma sayı: 452 Paylaş:

FutbolPressAzərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç hazırda türkiyənin Antalya bölgəsindədi. O, dünən “Sabah”la Macarıstanın “Pakş” klubları arasındakı görüşü (0:2) izlədi. Matçdan sonra serbiyalı mütəxəssis “FutbolPress”in suallarını cavablandırdı...

- Nə zaman gəlmisiz, nə qədər burda olacaqsız və hansı planlarınız var?
- Məqsədimiz uşaqları nəzarətdə saxlamaq, onları izləmək və onlara dəstək olmaqdı. Məşqçilərlə uşaqlar barədə söhbət edəcəyik. 3-4 gün burda olacağıq.

- Bu oyunda baş məşqçi maraqlı eksperimentlər etdi. Meydanda 7 limit futbolçusu var idi...
- Məşqçinin bu qərarını dəstəkləyirik. Hamı bilir ki, toplanış zamanı ağır məşqlər olur. Belədə yorğunluq artır. Bu da gənc futbolçular üçün bir şans oldu. Məşqçinin qərarı müsbətdi və onu dəstəkləyirik.

- Bu görüş sizə nə dedi?
- Mən bütün futbolçuları tanıyıram. Bizim məqsədimiz sadəcə gəlib uşaqlara dəstək olmaq, məşqçilərlə onlar haqda danışmaqdı. Çempionata kimi hələ çox oyunları var. Əsas odu ki, uşaqlar gələcəkdə komandalarına fayda versinlər, öz yerlərini tapsınlar.

- Təcrübəli rəqiblə görüşdə gənc futbolçular psixoloji cəhətdən necə görünürdülər?
- Onların belə yaxşı komandalara qarşı oynamaq üçün şansı az olur. Bu, həm klub üçün, həm də futbolçular üçün çox vacibdi.

- Seçimlər üçün yeni üfüqlər göründü?
- Hər şey onlardan asılıdı. Bir oyunla götürülmür. Biz onları ölkə daxilində də izləyirik.

- Millinin gələcək nəticələrində hansı perspektivləri görürsüz?
- Mənim düşüncəm proqressivdi. Daha çox xal qazanmaq istəyirik. Həmişə də demişəm ki, daha yaxşı olmaq potensialımız var.


oxunma sayı: 452 | Paylaş:




?>