')

Bu gün:


FutbolPress.Az | Zaur Həşimov: “Onun burda vaxt itirməsini istəmirik”

Zaur Həşimov: “Onun burda vaxt itirməsini istəmirik”


oxunma sayı: 560 Paylaş:

FutbolPressTürkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Zirə” ilk yoxlama oyununda yerli “Ümraniyespor”a məğlub oldu – 0:3. Matçdan sonra komandanın baş məşqçisi Zaur Həşimov “FutbolPress”in suallarını cavablandırdı.

O, əvvəlcə görüş barədə fikirlərini bildirdi...

- İlk oyun üçün istəyimiz fiziki yüklənməni meydanda tətbiq etmək idi. Ümumən götürsək, buna nail ola bildik. Sadəcə, adi epizodlarda top itkilərinə yol verdiyimizə və müdafiədə həddən artıq lazımsız səhvə yol verdiyimzə görə məyus olduq. Bunlar taktiki deyil, fərdi-texniki səhvlər idi. Belə çatışmazlıqlara görə hesab 0:3 oldu. Ancaq hesaba baxmayaraq, bu oyun üçün qarşıya qoyduğumuz planı yerinə yetirə bildik. Nəzərə alaq ki, ağır fiziki yüklənmələrlə məşq edirik. Futbolçuların bir qədər yorğun görünməsi normaldı. Rəqib komandada isə fərqli idi, “Ümraniyespor” tam hazır, formasının pikindədi, bir neçə gün sonra onların liqası başlayacaq. Biz isə hələ yüklənmələrin əvvəlindəyik.

- Hər hissədə fərqli heyəti yoxladız. Nə müşahidə etdiz?
- Oyuna 3-lü müdafiə ilə başlamışdıq. Fasiləyə yaxın 4-lü müdafiəyə keçdik. Komandanı həm müxtəlif taktiki sxemlərdə, həm də ümumən yoxlamaq istəyirdik. İkinci hissədə baxışa gələn oyunçuları meydana buraxdıq. Bu oyun mənə onlar barədə xeyli informasiya verdi.

- Baxışa gələn futbolçularla bağlı ilkin təəssüratlarınız necədi?
- Yovan Krneta bura gələnə qədər məşq edib, ancaq oynamayıb. Məşq həmin effekti vermir. Ancaq bu gün göstərdi ki, təcrübə hesabına düzgün mövqe götürməyi bacarır. Ayın 16-na kimi bizimlə olacaq. Həmin zaman qəti qərar verəcəyik. Bu gün üçün həm o, həm də Ali Sisay haqda fikrim pozitivdi. Casti Jozefi göndərəcəyik. Onun burda zaman itirməsini istəmirik. Problem Artyom Roqzonyukla bağlıdı, dünən zədələndi. Onun haqqında qərar vermək çətin olacaq. Həm bizdə zədələndi, həm də oynada bilmirik. Burda oldu deyə, bütün xərclərini qarşılayacağıq.

- Son dəqiqələrdə gənc oyunçu Cəlal Hüseynovu meydana buraxdız. Onun çıxışı necə alındı?
- Cəlalı kubok matçında “Qaradağ Lpkbatan”a qarşı oynadmışdım, bu gün də ona  şans verdim. Düzdü, öz qapımıza qol vurdu, ancaq bunu böyük problem saymıram. 2003-cü il təvəllüddü. Onu mütəmadi olaraq əsas komanda ilə məşqlərə dəvət etməyi düşünürəm. Qarşıma qoyduğum məqsədlərdən biri də Cəlalı “Zirə”yə qazandırmaqdı.

- Belə oyunlarla gedənlərin də müəyyənləşəcəyini gözləmək olarmı? Yoxsa artıq gedənlər bəllidi?
- Xeyr. Gedəcək oyunçular artıq bəllidi, onlarla danışıb, fikrimizi bildirmişik.


oxunma sayı: 560 | Paylaş:




?>