')

Bu gün:


FutbolPress.Az | Roberto Bordin: "Qarabağ"la 6 xallıq fərq hələ heç nə demək deyil"

Roberto Bordin: "Qarabağ"la 6 xallıq fərq hələ heç nə demək deyil"


oxunma sayı: 207 Paylaş:

FutbolPress"Neftçi"nin baş məşqçisi Roberto Bordin "CBC Sport"a açıqlama verib.

İtaliyalı mütəxəssis Premyer Liqada "Qarabağ"la 6 xallıq fərqin olmasına baxmayaraq, çempion olmaq üçün əllərindən gələni edəcəklərini bildirib:

"Mövsümün sonunda qalibin kim olacağı haqda danışmaq çox tezdir. Bütün diqqətimizi təlim-məşq toplanışına yönəltmişik. Mövsümü maksimum nəticə ilə başa vurmaq üçün əlimizdən gələni etməyə çalışacağıq. "Qarabağ"la 6 xallıq fərq hələ heç nə demək deyil. Ötən mövsüm göstərdi ki. hər şeyi dəyişmək mümkündür. Amma unutmaq olmaz ki, biz yalnız "Qarabağ"la mübarizə aparmırıq. Ancaq irəli baxıb, hər oyundan maksimum nəticə ilə ayrılmaq lazımdır".

Bordin "Səbail"dən icarədən qayıdan Mirabdulla Abbasov və mümkün transferlər haqda da danışıb: "Mirabdulla yüksək səviyyəli futbolçudur. Onun komandaya qayıdışına çox sevindim. Ötən mövsüm əla oyunlar keçirmişdi. Yeni transferlərin olub-olmayacağı isə Türkiyədəki hazırlıqlardan sonra məlum olacaq. Yoldaşlıq oyunlarında hansısa mövqelərdə boşluqlar görsək, elə həmin mövqeyə futbolçu alacağıq".


oxunma sayı: 207 | Paylaş:




?>