')

Bu gün:


FutbolPress.Az | Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırdı - SİYAHI

Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırdı - SİYAHI


oxunma sayı: 136 Paylaş:

Azərbaycanda Bədən tərbiyəsi və İdman sahəsi üzrə 2019-cu ilin ən yaxşıları açıqlanıb.

"Report"un məlumatına görə, mükafatçılar bu gün Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilmiş tədbirdə mükafatlandırılıblar.

İlin məşqçiləri: Ziyad Xəlfəyev (Atletika, Nazim Babayevin məşqçisi), Rəşad Əhmədov (Taekvando üzrə yığma komandanın böyük məşqçisi), Əkbər Muradov(Güllə atıcılığı üzrə paralimpiyaçılardan ibarət yığma komandanın baş məşqçisi)
İlin ən yaxşı hakimləri: Emin Qurbanəliyev (boks), Fariz Hüseynov (cudo), Asif Şirəliyev (güləş)
İdman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə: Gimnastika Federasiyası
İlin ən yaxşı federasiyası: Cüdo Fedarasiyası
İlin yekunlarına görə ən yaxşı komanda: Şahmat üzrə qadınlardan ibarət yığma
İlin idman könüllüsü: Dinarə Əliyeva
İlin ən yaxşi Uşaq Gənclər İdman məktəbi: Göyçay rayonu Uşaq Gənclər İdman Məktəbi
İlin ən yaxşı idman təşkilatı: Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti ("Dinamo")
İlin yekunlarına görə ən yaxşı idman həkimi: Olqa Panina (Velosiped İdmanı Federasiyası), Zaur Abdullayev (Boks Federasiyası)
İlin ən fəal veteranı: Tofik Babanlı (boks)
İlin ən yaxşı idman qurguları: Şəki OİK, Beyləqan OİK, Qazax OİK
İlin ən yaxşi idman verlişlərinin təşkilatçışı: Mehman Rəsulov ("Real" TV)
İlin ən yaxşi idman agentliyi - Oxu.az (Səbuhi Musayev)
İlin ən yaxşi idman televiziya verilişləri kanalı – ATV (Sənan Şəfizadə)
İlin yekunlarına görə ilin ən yaxşı televiziya verilişləri layihəsi: “İdman və media” ("İdman" TV)
Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən 2019-cu ilin yekunlarına əsasən təsis olunan mükafatlar:
Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi: Altay Həsənov
Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı: Rəşad Cavadov
Ədalətli oyun prinsiplərinə sadiq hakim: Eldar Zülfüqarov
Ədalətli oyun prinsiplərinə sadiq məşqçi: Əsgərxan Novruzov
Ədalətli oyun prinsiplərinə sadiq idmançı: Nazim Babayev
Ədalətli oyun prinsiplərinə sadiq səfir: “Bu şəhərdə” kollektivi
FƏXRİ DİPLOM
Bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi xidmətlərə görə: Səbuhi Qarayev, Xəyal Piriyev (kikboksinq)


oxunma sayı: 136 | Paylaş:




?>