')

Bu gün:


FutbolPress.Az | "Sabah"Qazaxıstan kubokunun qalibi ilə qarşılaşacaq

"Sabah"Qazaxıstan kubokunun qalibi ilə qarşılaşacaq


oxunma sayı: 115 Paylaş:

FutbolPress“Sabah”ın Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı üçüncü rəqib də müəyyənləşib.

Jelko Sopiçin rəhbərlik etdiyi kollektiv növbəti yoxlama oyununda “Kaysar”la üz-üzə gələcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qazaxıstan təmsilçisi ilə görüş yanvarın 19-da keçiriləcək.

“Kaysar” son mövsümdə Qazaxıstan Premyer Liqasında 6-cı yeri tutub və ölkə kubokunun qalibi olub.

“Sabah” yanvarın 11-də Macarıstanın “Pakş”, 15-də isə Rumıniyanın “Akademika” (Klinçeni) klubuyla qarşılaşacaq.


oxunma sayı: 115 | Paylaş:




?>