')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" UEFA-nın "100-lüy"ündə - ÇL-dəki nəticələrə görə

"Qarabağ" UEFA-nın "100-lüy"ündə - ÇL-dəki nəticələrə görə


oxunma sayı: 314 Paylaş:

FutbolPressUEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

1955-2019-ci illərdə Çempionlar Liqasında əldə olunan nəticələrə əsasən hazırlanan siyahıya Madrid "Real"ı başçılıq edir. Qələbənin 2, bərabərliyin isə 1 xalla qiymətləndirildiyi reytinqdə liderin 600 xalı var.

Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" "100-lüy"ə düşüb. Ağdam kklubu 41 xalla 84-cü sıradadı. "Neftçi" 15 xalla 168-ci yerdədi. "Bakı" 6 xalla 268-ci, "Keşlə" 5 xalla 293-cü, "Şəmkir" və "Kəpəz" 2 xalla 396-397-ci, "Xəzər Lənkəran" isə 1 xalla 424-cüdü.

"Qarabağ" son avrokubok mövsümünə ÇL-də başlasa da, III təsnifat mərhələsində mübarizəni dayandırıb və daha sonra Avropa Liqasında qrupa düşüb.


oxunma sayı: 314 | Paylaş:




?>