')

Bu gün:


FutbolPress.Az | "Neftçi"dən antirekord

"Neftçi"dən antirekord


oxunma sayı: 151 Paylaş:

“Neftçi” Azərbaycan kubokunda antirekorda imza atıb.

Bakılılar 2019/20 mövsümünü qol vurmadan tərk edib. Yarışa 1/4 finaldan başlayan “ağ-qaralar” evdə 0:1 hesabı ilə uduzduğu “Sumqayıt”a səfərdə də qol vura bilməyib – 0:0.

Bu, 1992-ci ildən keçirilən yarışın daimi iştirakçısının tarixində ilk belə hadisədir. İndiyədək antirekord ötən mövsümün nəticəsi idi. Həmin vaxt bakılılar indiki kimi 2 oyun keçirsələr də, cəmi 1 qol vurmuşdular. Onda da 1/4 finaldan yarışa başlayan “Neftçi”nin rəqibi “Sumqayıt” idi – 0:2, 1:0.

Paytaxt təmsilçisinin kubokdakı rekordu 27 qol vurduğu 1994/95 mövsümüdür. Həmin vaxt komanda 9 oyun keçirib.


oxunma sayı: 151 | Paylaş:




?>