')

Bu gün:


FutbolPress.Az | "Bir az bəxtsizlik var idi" - Bordinin məğlubiyyət şərhi

"Bir az bəxtsizlik var idi" - Bordinin məğlubiyyət şərhi


oxunma sayı: 200 Paylaş:

FutbolPress"Neftçi"nin baş məşqçisi Roberto Bordinin Azərbaycan kubokunun 1/4 final mərhələsində "Sumqayıt"la cavab oyunundan (0:0) sonra fikirlərini bildirib.

İki oyunun nəticəsinə görə (ilk matç - 0:1) mübarizəni dayandıran "ağ-qaralar"ın çalışdırıcısı bunları deyib:

"Bilirdik ki, bizi çox çətin oyun gözləyir. Çalışırdıq, ilk oyundakı neqativ nəticəni aradan qaldıraq. Bunu oyunun əvvəlindən göstərmək istəyirdik. Matçın çox hissəsi istədiyimiz kimi alınırdı. Cinahlardan hücumlara üstünlük verməyə çalışırdıq. Sonlandırma çatışmırdı, bir az bəxtsizlik var idi. İki oyuna da baxsaq, rəqib çox hücum etmirdi. Üzgünük".


oxunma sayı: 200 | Paylaş:





?>