')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın prezidenti daha uğurlu nəticələr gözləyir - baş məşqçi və futbolçularla görüşdü

"Qarabağ"ın prezidenti daha uğurlu nəticələr gözləyir - baş məşqçi və futbolçularla görüşdü


oxunma sayı: 199 Paylaş:

FutbolPress"Qarabağ"ın prezidenti Abdolbari Goozal bu gün komanda ilə görüşüb.

İlk olaraq komandanın baş məşqçisi Qurban Qurbanovla görüşən klub prezidenti 2019-cu ildə qeydə alınan nəticələr müzakirə edib və növbəti ildə istər ölkə çempionatında, istərsə də Avropada daha uğurlu nəticələrə inandığını bildirib. Daha sonra komandayla görüşən Abdolbari Goozal "Qarabağ"ın Avropa və dünyada tanınan bir klub olduğunu söyləyib. O, növbəti ildə daha uğurlu nəticələr gözlədiyini futbolçulara çatdırıb.

Goozal bəy futbolçularla tək-tək görüşərək ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında bu gün baş tutacaq "Keşlə"ylə oyunda uğurlar arzulayıb.


oxunma sayı: 199 | Paylaş:





?>