')

Bu gün:


FutbolPress.Az | 300 "quru" dəqiqə

300 "quru" dəqiqə


oxunma sayı: 85 Paylaş:

FutbolPress“Zirə” Azərbaycan kubokunda ardıcıl 3-cü "quru" oyununu keçirib.

Komanda 2019/20 mövsümündə qol buraxmayıb.

1/8 finalda “Qaradağ-Lökbatan”a 4:0 hesabı ilə qalib gələn “Qartallar” 1/4 finalda “Səbail”lə səfərdə qolsuz heç-heçə edib, evdə əlavə vaxtdakı qolla qələbə qazanıb – 1:0. Hər üç matçı əvəzolunmadan keçirən Orxan Sadıqlı kubokdakı 300 dəqiqədə qapısını toxunulmaz saxlayıb.

Kubokda ardıcıl 3 "quru" oyun keçirən “Zirə” bu göstəricidə klub tarixinin rekorduna imza atıb. Bunadək komanda heç vaxt ardıcıl üç görüşdə qapısını toxunulmaz saxlamayıb.

 “Zirə”nin kubokdakı məğlubiyyətsizlik seriyası da klub rekordudu. Ardıcıl iki mövsümdü uduzmayan komanda sonuncu dəfə 2017/18 mövsümündə məğlub olub. “Qartallar” ötən turnirdə “Səbail” (1:0, 3:2), “Sumqayıt” (0:0, 3:3), cari turnirdə “Qaradağ-Lökbatan” (4:0) və “Səbail”lə (0:0, 1:0) oyunlarda uduzmayıb.


oxunma sayı: 85 | Paylaş:




?>