')

Bu gün:


FutbolPress.Az | Əliyar Ağayev Kiyev "Dinamo"sunun oyununu idarə etdi

Əliyar Ağayev Kiyev "Dinamo"sunun oyununu idarə etdi


oxunma sayı: 130 Paylaş:

FutbolPress Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda dünən keçirilən "Dinamo" (Kiyev) - "Luqano" oyununu idarə edib.

Kiyev şəhərindəki "Olimpiyski" stadionunda oynanılan matç 1:1 hesabı ilə başa çatıb.

Ağayev sözügedən görüşdə İsveçrə klubunun 4 futbolçusuna sarı vərəqə göstərib.

Bu nəticədən sonra B qrupunu "Dinamo" 7 xalla 3-cü, "Luqano" 3 xalla sonuncu pillədə başa vurub.


oxunma sayı: 130 | Paylaş:




?>