')

Bu gün:


FutbolPress.Az | “Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik” – Şenol Güneş

“Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik” – Şenol Güneş


oxunma sayı: 295 Paylaş:

FutbolPressTürkiyə millisinin baş məşqçisi Şenol Güneş Bakıya səfəri zamanı azərbaycanlı azarkeşlərə səslənib.

AFFA-nın rəsmi “Feysbuk” səhifəsində 67 yaşlı mütəxəssisin müraciəti paylaşılıb.

Təcrübəli məşqçi 2020-ci ildə keçiriləcək Avropa çempionatı üçün bütün azarkeşləri Bakı Olimpiya Stadionunda gözlədiklərini vurğulayıb: “Türkiyədəki futbolsevərlərlə, eyni zamanda Azərbaycandakı qardaşlarımızla birlikdə qrupdan çıxmaq istəyirik. Gözəl matçlar bizi gözləyir. Hər kəs biletini alsın və bizimlə bərabər olsun”.

İyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda qarşılaşacaqlar.


oxunma sayı: 295 | Paylaş:




?>