')

Bu gün:


FutbolPress.Az | "Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı" - Pantiç

"Azərbaycan çempionatının səviyyəsi çox aşağıdı" - Pantiç


oxunma sayı: 161 Paylaş:

FutbolPress"Bakı"nın sabiq baş məşqçisi Milinko Pantiç Azərbaycan çempionatı haqqında danışıb.

"İzvestiya"ya açıqlamasında o, mütəxəssis Premyer Liqanın zəif olduğunu deyib:

"Orda çempionatın səviyyəsi çox aşağıdı. Mən o vaxt işləyəndə yüksək liqada 10 komanda var idi. İndi isə cəmi 8 klub qalıb ki, bu da çox azdır. O dövrdə güclü legionerlər oynayırdı, indi demək olar heç biri qalmayıb. Həm də çempionatda rəqabət yoxdu. "Qarabağ" digərlərindən bir neçə dəfə güclüdür. Mövsümün əvvəlində artıq inamlı şəkildə demək olar ki, "Qarabağ" çempion olacaq. Rəqabət olmayanda inkişaf da getmir. Hətta "Neftçi" belə liderin qarşısını ala bilmir".

53 yaşlı serbiyalı 2013/2014-cü illər mövsümündə Azərbaycanda çalışıb.


oxunma sayı: 161 | Paylaş:




?>