')

Bu gün:


FutbolPress.Az | Nikola Yurçeviç: "Layiqli oyun göstərmək istəyirik"

Nikola Yurçeviç: "Layiqli oyun göstərmək istəyirik"


oxunma sayı: 352 Paylaş:

FutbolPressAVRO-2020-nin seçmə mərhələsində sabah Macarıstan yığmasının qonağı olacaq Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç oyunöncəsi mətbuat konfransında fikirlərini bildirdi.

Xorvatiyalı mütəxəssis layiqli oyun göstərməyə çalışacaqlarını söylədi:

"Bizim üçün də, macarlar üçün də vacib oyun olacaq. Onların hələ də final mərhələsinə vəsiqə qazanmaq şansları var. Biz isə yüksələn qrafiki davam etdirmək istəyirik. Uels və Xorvatiyaya qarşı yaxşı oynadıq. Bəhreyndə ağır hava şəraitində oynasaq da, qələbə qazandıq. Macarıstana böyük hörmətlə yanaşırıq. Ancaq müəyyən səhvlərə görə, Xorvatiyada məğlub oldular. Baxmayaraq ki, 3 əsas futbolçumuz yoxdu, biz yenə də layiqli oyun göstərmək istəyirik".

53 yaşlı mütəxəssisin szlərinə görə, o, macarlarla uğursuz seriyanı bitirmək istəyir:

"Burdan özümlə nə götürəcəm? Hələ düşünməmişəm. Macar şərabı götürmək olar. Əlbəttə, yaxşı nəticə olsa. Bizim seçmə mərhələdə qolları sıralamağımız xoşdu. Macarlarla uğursuz statistikanı da qırmaq istəyərdim".q.

Yurçeviç bu görüşdə komandanın kapitanının Qara Qarayev olacağını bildirdi:

"Qaranın zədəsi var. Ancaq sabah o, meydana çıxacaq və komandanı kapitan sarğısı ilə çıxaracaq. Pavel Paşayev də sıraya qayıdıb".


oxunma sayı: 352 | Paylaş:




?>