')

Bu gün:


FutbolPress.Az | "Sabah işimiz asan olmayacaq" - Marko Rossi

"Sabah işimiz asan olmayacaq" - Marko Rossi


oxunma sayı: 344 Paylaş:

FutbolPressAVRO-2020-nin seçmə mərhələsində sabah Azərbaycan millisini qəbul edəcək Macarıstan yığmasının baş məşqçisi Marko Rossi oyunöncəsi mətbuat konfransında fikirlərini bildirdi.

İtaliyalı mütəxəssis Azərbaycan yığmasının xeyli inkişaf etdiyini söylədi:

"Start heyətini bugünkü məşqdən sonra müəyyənləşdirəcəm. Xorvatiyada böyük hesabla məğlub olsaq da, sabahkı görüşdə qələbə qazanmaq istəyirik. Azərbaycan yığması xeyli tərəqqiyə nail olub. Söhbət heç də Xorvatiyayla heç-heçə etmələrindən getmir. Azərbaycan oyun komponentlərində irəliləyib. Bu üzdən də əminəm ki, görüş çətin keçəcək. Yalnız qələbə haqda düşünürük. Buna nail olsaq, Uelsdə bizi heç-heçə də qane edəcək. Ancaq bir daha qeyd edirəm ki, Azərbaycan xeyli tərəqqiyə nail olub və sabah işimiz asan olmayacaq".

Azərbaycan yığmasını detallı şəkildə incələdiklərini deyən italiyalı çalışdırıcı yığmamızın heyətində çəkindiyi futbolçuların adını açıqladı:

"Uelslə səfərdəki oyunda da basqılı və sürətli Azərbaycan gördük. Üstəlik, Eddi İsrafilov da qayıdıb. Bura digər mərkəz yarımmüdafiəçiləri – Qara Qarayev və Riçard Almeydanın da ağıllı oyunlarını əlavə edərdim. Eyni zamanda, sürətli Ramil Şeydayevləri var. Bütün hallarda, biz Azərbaycan yığmasını detallı şəkildə incələmişik".


oxunma sayı: 344 | Paylaş:




?>