')

Bu gün:


FutbolPress.Az | Rüfət 6 il sonra millidə qol vurmasından danışdı: "Nəhayət, bunu bacardım"

Rüfət 6 il sonra millidə qol vurmasından danışdı: "Nəhayət, bunu bacardım"


oxunma sayı: 163 Paylaş:

FutbolPressAzərbaycan millisinin Bəhreynlə keçirilən yoldaşlıq oyununda (3:2) ilk qolunun müəllifi olan Rüfət Dadaşov "Bild" nəşrinə qısa açıqlama verib.

Almaniya III Bundesliqa təmsilçisi “Proyssen”də çıxış edən 28 yaşlı hücumçu altı illik həsrətə son qoyduğu üçün sevindiyini deyib:

"Nəhayət, uzun fasilədən sonra Azərbaycan millisində qol vura bildim. Macarıstanla oyunda da meydana çıxacağıma ümid edirəm".

Almaniya futbolunun yetirməsi olan milliləşən legionerin yığmada keçirdiyi 24-cü oyunda 5-ci qolunu vura bilib.

Dadaşov fasilələrlə çağırıldığı yığmada son qolunu 6 il əvvəl – 2013-cü il oktyabrın 11-də vurmuşdu. O, Şimali İrlandiya ilə DÇ-2014-ün Bakıdakı seçmə oyununda (2:0) fərqlənmişdi.


oxunma sayı: 163 | Paylaş:




?>