')

Bu gün:


FutbolPress.Az | Yurçeviç Rossidən sonra

Yurçeviç Rossidən sonra


oxunma sayı: 183 Paylaş:

FutbolPressAVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Macarıstan - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Matçdan bir gün əvvəl – sabah baş tutacaq tədbirlər aşağıda qeyd olunan məkanlarda və vaxtda keçiriləcək.

12 oktyabr
Macarıstan milli komandası
Saat 15:30. Mətbuat konfransı, “Qloball Hotel”
Saat 16:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq, “Qloball Hotel”in məşq meydançası.

Azərbaycan milli komandası
Saat 18:00. Mətbuat konfransı, “Qroupama Arena”
Saat 18:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq, “Qroupama Arena”

Hər iki mətbuat konfransı və məşqin saatı yerli vaxtla göstərilib.

Oktyabrın 13-də Budapeşt şəhərindəki “Qroupama Arena”da keçiriləcək Macarıstan - Azərbaycan matçına saat 20:00-da start veriləcək.


oxunma sayı: 183 | Paylaş:




?>