')

Bu gün:


FutbolPress.Az | Millətlər Liqası: C Divizionunda olmaq nə deməkdi?

Millətlər Liqası: C Divizionunda olmaq nə deməkdi?


oxunma sayı: 672 Paylaş:

FutbolPressUEFA Millətlər Liqasında format dəyişikliyinə gedib. Qurum yarışa marağı artırmaq üçün 2020/21 mövsümündən top-komandaların daha çox oyun keçirməsinə imkan yaradıb.

Əgər əvvəl daha güclülərin qərarlaşdığı A və B Liqalarında 12 komanda yer alırdısa, artıq onların sayı 16 olacaq. C Divizionundan iştirakçı sayı 1olaraq qalıb. D Liqasında isə yalnız 7 komanda yarışacaq.

Liqaların hazırkı tərkibi belədi:

A Liqası: Portuqaliya (son qalib), Hollandiya, İngiltərə, İsveçrə, Belçika, Fransa, İspaniya, İtaliya, Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç, Xorvatiya, Polşa, Almaniya, İslandiya

B Liqası: Rusiya, Avstriya, Uels, Çexiya, Şotlandiya, Norveç, Serbiya, Finlandiya, Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya

C Liqası: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan, Şimali Makedoniya, Kosovo, Belarus, Kipr, Estoniya, Sloveniya, Litva, Lüksemburq, Ermənistan, Azərbaycan, Moldova, Qazaxlstan

D Liqası: Cəbəllütarıq, Farer adaları, Latviya, Lixtenşteyn, Andorra, Malta, San-Marino

Gələn ilin martında keçiriləcək püşkatma zamanı A, B və C Liqalarında hərəsində 4 komanda olmaqla 4 qrup müəyyənləşəcək. D Divizionunda isə biri 4, digəri 3 komandalı iki qrup yaranacaq.

A liqasının qrup qalibləri final mərhələsində mübarizə aparmaq hüququ qazanacaq, sonuncuları isə B Liqasına gedəcək. B Liqasında 1-ci yeri tutanlar A liqasına yüksələcəksə, sonuncu 4 komanda C Liqasına yuvarlanacaq. Eynilə C Liqasında qrup qalibləri B liqasına yüksəlmək hüququ qazanacaq. Sonuncu yer tutan 4 yığma pley-offda D Liqasına düşən 2 uğursuzu müəyyənləşdirəcək. Onları D liqasında qrup qalibi olanlar əvəzləyəcək.

Bəs Azərbaycan üçün C Liqasında mübarizə aparmaq nə deməkdi? Əgər əvvəllər D Divizionunda Avropanın zəifləri mübarizə aparırdısa, indi ən zəifləri qərarlaşacaq. Əvəzində, C Liqasına ortabab və zəiflər yığılıb. Azərbaycan millisi ilk mövsüm üçün D Liqasında ən yüksək reytinqə malik komanda idi. Ancaq indi C Liqasının ən zəiflərindən biridi. Əgər D Divizionunda hətta qalib olmaq şansı yüksək idisə, indi yer aldığı qrupu lider kimi başa vurmaq da daha çətin görünür. Beləliklə, ümumi dəyişikliklərdən sonra Avropanın ən zəiflərinin mötəbər turnirlərin final mərhələsinə vəsiqə imkanları da xeyli azalıb ki, bu, böyük ölçüdə Azərbaycan yığmasına da aiddi.


oxunma sayı: 672 | Paylaş:




?>