')

Bu gün:


FutbolPress.Az | Azərbaycanda ən yaxşı məşqçi kimdi: Qurbanov, yoxsa Bordin?

Azərbaycanda ən yaxşı məşqçi kimdi: Qurbanov, yoxsa Bordin?


oxunma sayı: 768 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının IV turunda “Qarabağ”la “Neftçi” arasında baş tutacaq mərkəzi oyun bu komandaların baş məşqçiləri – Qurban Qurbanov və Roberto Bordinin 7-ci dueli olacaq. Əvvəlki görüşlərdə üstünlük cüzi də olsa azərbaycanlı mütəxəssisin xəyrinədi.
 
Qurbanovla Bordinin rəqabəti hələ italyan Azərbaycana gəlməmişdən – Moldova “Şerif”ini çalışdırarkən başlayıb. Çempionlar Liqasının 2017/18 mövsümünün III təsnifat mərhələsində komandalar arasında Bakıda keçirilən ilk görüşdə hesab açılmır, cavab matçında isə 2:1 hesabı ilə üstün olan Ağdam klubu pley-offa, ordan isə ölkə futbolu tarixində ilk dəfə qrup mərhələsinə vəsiqə qazanır.
 
Ümumilikdə, Qurbanov Bordinlə duellərdə üstünlüyə malikdi. O, 6 matçın 2-də qələbəyə sevinib. 1-də italyan üstün olubsa, 3 görüş sülhlə yekunlaşıb. Top fərqində bərabərlikdi – 8:8.
 
Bordinin “Neftçi”yə gəlişindən sonra baş tutan 4 qarşılaşmada isə tərəflər hərəyə 1 qələbə qazanıb, 2 heç-heçə edib. Ancaq bu dəfə topların nisbətində Bordinin komandası üstünlüyə malikdi – 7:6.
 
Qurban Qurbanovla Roberto Bordinin bütün duelləri


Tarix Yarış Mövsüm Tur Ev sahibi Nəticə Qonaq
25.07.2017 ÇL 17/18  III mərhələ  Qarabağ 0:0 Şerif
01.08.2017 ÇL 17/18  III mərhələ Şerif 1:2 Qarabağ
28.08.2018 PL 18/19  Qarabağ 1:1 Neftçi
28.10.2018 PL 18/19  Neftçi 3:1 Qarabağ
03.02.2019 PL 18/19  15  Qarabağ 1:1 Neftçi
11.05.2019 PL 18/19  28  Neftçi 2:3 Qarabağ


oxunma sayı: 768 | Paylaş:




?>