')

Bu gün:


FutbolPress.Az | Xocaniyazov yalnız bu halda "Sumqayıt"a keçə bilər

Xocaniyazov yalnız bu halda "Sumqayıt"a keçə bilər


oxunma sayı: 237 Paylaş:

FutbolPressBelarusun BATE klubu "Sumqayıt"la anlaşan Camaldin Xocaniyazovun ayrılığını bəyan etməyib. Futbolçunun agenti Vladimir Kasovski isə anlaşmanın ləğv edildiyini bildirib.

"Tribuna" nəşri yazır ki, Türkmənistan əsilli rusiyalı futbolçunun "Sumqayıt"a keçməsi üçün qarşısına şərt qoyulub. Nəşrin iddiasına görə, 23 yaşlı müdafiəçi Azərbaycan millisində oynamaq üçün vətəndaşlığını dəyişdirməlidi. Belə halda onun "Sumqayıt"a keçidi reallaşacaq.

Rusiyanın U-21 millisinin üzvü olmuş 23 yaşlı müdafiəçi "Zenit", "Amkar", "Dinamo", "Baltika", "Ural", Norveçin "Orxus" və Belarusun BATE klubunda oynayıb


oxunma sayı: 237 | Paylaş:




?>