')

Bu gün:


FutbolPress.Az | Çumbinyo: “Qarabağ”ın hədəfinə çatacağına inanıram”

Çumbinyo: “Qarabağ”ın hədəfinə çatacağına inanıram”


oxunma sayı: 290 Paylaş:

FutbolPress“Qarabağ”ın sabiq futbolçusu Çumbinyo Ağdam klubunun Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından danışıb.

Hazırda ölkəsində “Juventude” klubunda çıxış edən 32 yaşlı braziliyalı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında bunları söyləyib:

“Sevinirəm ki, "Qarabağ" Avropa Liqasında qrup mərhələsinə yüksəlib. Komanda tez-tez avrokuboklarda çıxış edir və bu, vacibdi. “Qarabağ”ın yer aldığı qrup olduqca çətindi. APOEL, "Sevilya" və "Düdelanj"la matçlar asan olmayacaq. Çünki bütün komandalar yaxşı və güclüdü. "Qarabağ" da güclü komandadı və sona qədər hər bir rəqiblə mübarizə aparacaq. Sabiq komandamın hədəfinə çatacağına inanıram”.

Çumbinyo 2013-2015-ci illər aralığında "Qarabağ"ın formasını geyinib.


oxunma sayı: 290 | Paylaş:




?>