')

Bu gün:


FutbolPress.Az | Dino Ndlovu: "Qarabağ"la APOEL-in şansları bərabərdi"

Dino Ndlovu: "Qarabağ"la APOEL-in şansları bərabərdi"


oxunma sayı: 185 Paylaş:

FutbolPressÇinin "Xançjou Qrintaun" klubunun futbolçusu Dino Ndlovu sabiq komandası "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-lə oyunlar öncəsi fikirlərini bildirib.

29 yaşlı hücumçu hər iki komandanın şanslarının bərabər olduğunu deyib: "Qarabağ"ı yaxşı tanıyıram, APOEL-in də necə komanda olduğunu bilirəm. Hər iki komandanın bugünkü durumu barədə dəqiq məlumatım olmasa da, mərhələ keçmək şanslarını 50-nin 50-yə hesab edirəm. Bu, böyük maraqla gözlənilən iki vacib oyun olacaq. Hər iki komanda nəyin bahasına olursa olsun, Çempionlar Liqasının pley-offuna düşmək istəyir".

"Qarabağ"la APOEL arasında ilk oyun sabah Nikosiyada olacaq. Matç Bakı vaxtı ilə 21:00-da başlayacaq. Avqustun 13-ü Bakıda keçiriləcək cavab qarşılaşmasına isə yerli vaxtla saat 20:30-da start veriləcək.

Ndlovu 2016-2017-ci illərdə Ağdam klubunda oynayıb.


oxunma sayı: 185 | Paylaş:




?>