')

Bu gün:


FutbolPress.Az | "Qrup mərhələsinə düşmək gücümüz var" - Xayme Romero

"Qrup mərhələsinə düşmək gücümüz var" - Xayme Romero


oxunma sayı: 400 Paylaş:

FutbolPressÇempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Dandolk" klubunu 3:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksələn "Qarabağ"ın futbolçusu Xayme Romero jurnalistlərə açıqlama verib.

İspaniyalı vinger öncə oyunla bağlı danışıb:

“Demək olar ki, üstünlük bütün oyunboyu bizdə oldu. Layiqli qələbə qazandıq. Matçın müəyyən vaxtlarında epizodlar oldu, amma top qapıya girmək istəmirdi. Sona yaxın nəhayət ki, qollar vurduq”.

29 yaşlı futbolçu III mərhələdə Kiprin APOEL klubu ilə keçiriləcəkləri oyunlar barədə fikirlərini bölüşüb: “Komandamız yaxşıdı, rəqib güclüdü. Amma biz mərhələyə keçə bilərik”.

Romero qrup mərhələsinə düşəcəklərinə inandığını bildirib: “Qrup mərhələsinə düşəcəyimizə inanırıq. Bunun üçün gücümüz var”.


oxunma sayı: 400 | Paylaş:





?>