')

Bu gün:


FutbolPress.Az | Əhmədov razı qalıb

Əhmədov razı qalıb


oxunma sayı: 132 Paylaş:

"Keşlə" Türkiyədə ilk təlim məşq toplanışında yerli "Osmanlıspor" klubu ilə yoxlama matçı keçirib və 0:0 hesablı heç-heçə edib.

Görüşdən sonra komandanın baş məşqçisi Tərlan Əhmədov matç barədə fikirlərini açıqlayıb:

“Bu gün komandanın sərgilədiyi oyundan razı qaldım. Futbolçuların oyunda nizam-intizamı yaxşı səviyyədə idi. Baxmayaraq ki, məşqlərdə həm də ağır yükləmələr olur, bu gün komanda güclü komandaya qarşı yaxşı oyun sərgilədi, yaxşı mübarizə apardı. Birinci hissədə hətta hesabda irəli çıxa bilərdik. Ümumilikdə, futbolçuların nümayiş etdirdikləri səviyyədən razı qaldım”.


oxunma sayı: 132 | Paylaş:





?>