')

Bu gün:


FutbolPress.Az | Bakıda "Dandolk" futbolçularına polis qadağası

Bakıda "Dandolk" futbolçularına polis qadağası


oxunma sayı: 445 Paylaş:

FutbolPressÇempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın qonağı olacaq "Dandolk"un iki futbolçusu "Bulvar" ərazisində polisin müdaxiləsiylə üzləşib.

İrlandiya təmsilçisinin iki oyunçusu - Şon Qennon və Ceymi Makkarti jurnalistlərə müsahibə verib, şəkil çəkdirərkən polislər müdaxilə etmək qərarına gəlib.

Şon Qennon yaşadğı anları belə anladıb:

"Təxminən xilas edilməyim lazım idi. Gəzintidə idik və bu adamlar (polislər) ortaya çıxdı. Əslində, həmin an RTE kanalının əməkdaşları ilə idim. Ətrafıma baxanda gördüm ki, polis maşını Ceymiyə doğru hərəkət edir. Ceymi kifayət qədər səssiz qalan dəliqanlıdı. Onun Azərbaycan dilini bildiyini düşünmürəm. Deyəsən, bizi bölməyə aparırdılar. Bizə icazəmizin olmadığını dedilər və ətrafımızda 8-9 polis yığıldı. Nə olduğunu anlaya bilmirdim. Bizə foto çəkdirmək icazəmizin olmadığını söyləyirdilər. Polislərin hamısı telefonla zəng edirdi, biz də uzaqlaşmağa çalışdıq. Otelə qayıtdıq, hər şey yaxşı bitdi".


oxunma sayı: 445 | Paylaş:




?>