')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"da üzlər gülür - Miçeldən başqa hamı...

"Qarabağ"da üzlər gülür - Miçeldən başqa hamı...


oxunma sayı: 1643 Paylaş:

FutbolPress"Qarabağ" Çempionlar Liqasının II təsnuifat mərhələsinin cavab oyununda irlandiyanın "Dandolk" klubunu qəbul edəcək.

Ağdam təmsilçisinin heyətində zədə səbəbindən ilk oyunu buraxan Filip Ozobiç və Dani Kintana bu görüşə tam hazırdılar. Onlar ilk dəqiqələrdən oynaya bilərlər. Sözügedən qarşılaşmada zədələnərək, Abbas Hüseynovla əvəzlənən Maksim Medvedev də sağalıb və oynamağa hazırdı. Komandanın Avstriyadakı toplanışı zamanı zədələnən Bədavi Hüseynov da sıraya dönüb. Ancaq baş məşqçi Qurban Qurbanovun təcrübəli müdafiəçini riskə atmayacağı gözlənilir.

Heyətdə yeganə problem Miçellə bağlıdı. Zədəli olan ispaniyalı böyük ehtimalla sabahkı görüşü buraxacaq. "Dabdolk"la ilk matç üçün İrlandiyaya aprılmayan yeni transferlər - Faysal Rerras və Maqaye Qeye isə debüt etməyə hazırdı.

"Dalğa" Arena"da keçiriləcək "Qarabağ" - "Dandolk" oyunu saat 21:00-da start götürəcək.


oxunma sayı: 1643 | Paylaş:




?>