')

Bu gün:


FutbolPress.Az | "Sumqayıt" Türkiyə klubu ilə heç-heçə etdi

"Sumqayıt" Türkiyə klubu ilə heç-heçə etdi


oxunma sayı: 97 Paylaş:

Növbəti mövsümə hazırlığını Ankarada davam etdirən “Sumqayıt” növbəti yoxlama matçını keçirib.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Türkiyə Super Liqası təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşıb.

Kızılcahamam stadionunda baş tutan qarşılaşmada qollu bərabərlik qeydə alınıb - 1:1. Azərbaycan klubunun qolunu Amil Yunanov vurub.

Bu, "Sumqayıt"ın Türkiyədə 4-cü yoxlama görüşü olub. Komanda buna qədər "Petrolul"la (Rumıniya - 2:2) bərabərə qalıb, "Ahal”a (Türkmənistan - 1:0) qalib gəlib, "Diyarbəkirspor"a (Türkiyə - 0:1) uduzmuşdu.


oxunma sayı: 97 | Paylaş:




?>