')

Bu gün:


FutbolPress.Az | "Neftçi" - "Arsenal" matçının biletləri satışda

"Neftçi" - "Arsenal" matçının biletləri satışda


oxunma sayı: 153 Paylaş:

FutbolPressAvropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Arsenal” oyununun biletləri bu gün satışa çıxarılıb.

Qqiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) AZN təşkil edən biletləri oyunun keçiriləcəyi "Bakcell Arena” stadionunun kassalarından, həmçinin "Rahat market”in "Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), "Mega City” ticarət mərkəzi (Xırdalan şəhəri), "Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi ("Azadlıq” metrostansiyasının yanı), "Metropark” mağazalarından və "Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə etmək mümkündü.

Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək. Oyun günü biletlər yalnız "Bakcell Arena”nın kassalarında satılacaq.

Avqustun 1-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Arsenal” oyununa saat 21:00-da start veriləcək.


oxunma sayı: 153 | Paylaş:




?>