')

Bu gün:


FutbolPress.Az | "Sumqayıt"ın da iddialı olmaq haqqı var" - baş məşqçi 

"Sumqayıt"ın da iddialı olmaq haqqı var" - baş məşqçi 


oxunma sayı: 1025 Paylaş:

FutbolPress"Zirə" ilə avrokubok vəsiqəsi, Avropa Liqasında mərhələ adlamaq, daha sonra iddiaları artmış "Zirə"nin (?) onunla yolları  ayırması...
"Sumqayıt". Və budur, Azərbaycan kubokunun finalı. Ayxan Abbasovun növbəti uğurlu performansı onu yenidən "Zirə" üçün şirin tikə edibmi? Yeni xəbərlərə görə nəinki keçmiş iş yeri, başqa yerlərdən də onun xidmətində maraqlı olanlar var. Özüylə danışdıq.


- Kubokun finalı "Sumqayıt"çün ilkdir. Gəldiyiniz qarmaqarışıq dövrdə belə nəticəyə inam var idimi?
- Tam səmimi deyirəm, bura gələndə komanda ilə ilk ünsiyyətimdə dedim ki, biz "Sumqayıt" tarixi üçün ilkə nail olmalıyıq. Bunu bacaracağımıza hər kəs inanmalıdır.

- İlkə imza atmısınız. Tarix yazmağa inam nə boydadır?
- Məncə, finala çıxış da artıq tarixdir. Nəzərə alsaq ki, Azərbaycan kubokunun finalına indiyədək necə klublar yüksəlib... Kubokun qalibi olmaq isə arzumuz və məqsədimizdir. Yaxşı bilirik ki, qarşı tərəfdə də kubok həsrətiylə alışıb-yanan bir komanda var və səviyyəsi də göz önündədir. Lakin uğur qazanmaqçün meydana çıxan buna tam hazır olmalıdır, yalnız bunu düşünməlidir.

- Finalın nəticəsindən asılı olmayaraq diqqət mərkəzindəsiz və artıq "Zirə"yə qayıdışınız, daha doğrusu, klubun sizi geri çağırması iddiaları səsləndirilir.
- Açıq deyim, nəinki "Zirə", heç bir yerdən hər hansı rəsmi təklif, müraciət olmayıb. Həm indiki ərəfədə bu haqda düşünmək belə doğru olmaz.  Tamamilə finala köklənmişik.

- Kuboku qazansanız...
- Ən əvvəl rəhbərliklə müzakirə edəcəyik. Onların şərti, təklifi ilə tanış olacam. Uyğun olarsa, təbii ki, burda işimə davam edəcəm.

- Rəhbərliyin şərtləri öz yerində, autsayderi kubokun finalına daşıyan mütəxəssisin də öz şərtləri olacaq...
- Mən bunu hələ yeni gələndə demişəm, "Sumqayıt"ın da iddialı olmaq haqqı var. Bununçün lazımlı addımlar atılmalıdır. Çox istəyirəm ki, bu komandanın inkişafı üçün bəzi addımları ataq.

- Məsələn?
- Götürək sadə detallardan - heyətin gücləndirilməsi, hazırlıqların daha  yaxşı şəraitdə olması və s. məqamlar. "Sumqayıt" iddialı olması tam mümkündür.


"FutbolPress"


oxunma sayı: 1025 | Paylaş:




?>