')

Bu gün:


FutbolPress.Az | Balıq başından, federasiya baş katibindən iylənir! (ARAŞDIRMA)

Balıq başından, federasiya baş katibindən iylənir! (ARAŞDIRMA)


oxunma sayı: 4985 Paylaş:

FutbolPressMillətlər Liqasının D Liqasında qrup qalibi olan yığmaların federasiyalarına nəzər salaq. Görək, uğur qazanan ölkələrdə əsas söz sahibi kimdi, bizdə kim? Araşdırma zamanı ortaya çıxan ümumi mənzərə reallığı çılpaqlığı ilə ortaya qoyur.
 
Gürcüstan Futbol Federasiyasının baş katibi: David Muciri – 1998-ci ildə ölkəsində ilin futbolçusu seçilib. 14 il legioner həyatı yaşayıb. 2012-ci ildə peşəkar futbolçu karyerasını başa vurub, məşqçi, idman direktoru kimi çalışdıqdan sonra baş katib seçilib.
 
Makedoniya Futbol Federasiyasının baş katibi: Filip Popovski – İdarəetmə sahəsində təhsil alıb. 23 yaşında federasiyada işləməyə başlayıb. 6 il klublara lisenziya vermə komitəsində köməkçi, daha sonra departamentdə lisenziya təminatçısı kimi fəaliyyət göstərib. 2008-ci ildə UEFA-nın futbol idarəetməsi üzrə ən yüksək rəsmi diplomunu alıb. UEFA-nın analoji sahədə verdiyi təhsilin birinci ilinin məzunlarındandı. Makedoniya Futbol federasiyasında 15 illik fəaliyyətdən sonra (!) ötən ilin dekabrında baş katib seçilib. “Futbol dəlisi” hesab olunur.
 
Belarus Futbol federasiyasının baş katibi: Yuri Verqeyçik – illərlə öz ölkəsində, Belçika və Almaniyada futbolçu kimi çıxış edib. 18 il “Şaxtyor Soliqorsk” klubunda köməkçi-məşqçi, baş məşqçi, idman direktoru kimi fəaliyyət göstərdikdən sonra bu posta gətirilib.
 
Kosovo Futbol Federasiyasının baş katibi: Erol Salihu – Yuqoslaviya dağıldıqdan sonra keçirilən Kosovo çempionatları tarixində ilk qolun müəllifi. İllərlə Almaniya və Türkiyədə legioner həyatı yaşayıb, peşəkar futbolçu karyerasını 38 yaşında başa vurub. Azərbaycan çempionatları tarixinin ilk qolunu vuran Mehman Alışanov isə Mingəçevirdə balıq tutur.
 
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi: Elxan Məmmədov – 11 ildi postundadı. Futbolla yaxından-uzaqdan əlaqəsi yoxdu. Vəzifəyə “atılmamışdan” əvvəl heç bir futbol fəaliyyəti olmayıb (heç indi də yoxdu). “Natavan Residence”də direktor köməkçisi olub. Kosmetik məmulatların satışı sahəsində gözəl təcrübəsi olsa da, daha həyəcanlı mövqeyə – baş katibliyə gəlib. Məmmədovun arxivində futbol yox, biznes var. Bəlkə, elə buna görə də hər il AFFA-ya ayrılan 30 milyon manata yaxın vəsait Mərdəkandakı villasına (!) yox, UEFA adıyla ilin yarısından çoxunu keçirdiyi xarici ölkələrdəki biznesinə yönəldilir. Klubları AFFA-dan asılı salmaqla pul maxinasiyasının həcmini genişləndirən “qəhrəman”ımız ölkə rəhbərliyi tərəfindən milli komandaya gətirilmiş Qurban Qurbanova da quyu qazır. Çünki Qurbanov biznes adamı deyil, futbol adamıdı. Sanki baş katibimiz futbol sahəsinə yox, bazara gəlib. Qınamalı deyil, bu insanın təhsili biznesdi, hər şeyi biznes kimi görür. Məhşurlardan birinin dediyi kimi: “Əlində çəkic varsa, hər şey sənə mismar kimi görünəcək. Mismarı başdan əyri vuran adamın, konkretləşdirsək, Elxan Məmmədovun əlindən çəkic artıq alınmalıdı.


oxunma sayı: 4985 | Paylaş:




?>