')

Bu gün:


FutbolPress.Az | “Qafqaz əsiri” – Azərbaycan   (ARAŞDIRMA)  

“Qafqaz əsiri” – Azərbaycan   (ARAŞDIRMA)  


oxunma sayı: 2551 Paylaş:

FutbolPressUEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu. Tarixi, regional yaxınlıq və ən əsası eyni (D) liqada mübarizə aparmaları Azərbaycan, Gürcüstan və Ermənistan millilərinin müqayisəsinə maraq yaradır. Son vaxtlar hamı qəbul etməyə başlayıb ki, Cənubi Qafqazın futbol cəhətdən ən zəifi bizik.

Sözsüz ki, ölkələrin heyətlərinin güclü olmasında xarici çempionatlarda top qovan futbolçuların çoxluğu öz təsirini göstərir.

Aşağıda UEFA-nın reytinqində ilk “20-lik”də olan ölkə çempionatlarında oynayan “qafqazlılar”ı qeyd etmiik. Nəzərə almaq lazımdır ki, müqayisəsini apardığmız 3 ölkənin çempionatı heç vaxt ilk “20-liy”ə düşməyib. Ölkələrin sıralaması reytinqə uyğundur. Hər ölkənin ən güclü iki liqasında oynayan futbolçular araşdırılıb. Yalnız Rüfət Dadaşova görə Almaniyanın 3-cü liqası qeyd olunub.

1.İspaniya
II Liqa: Eddi İsrafilov (“Alkorkon”) – Azərbacan.
Giorgi Aburcaniya (“Luqo2) – Gürcüstan
Lado Moxevişvili (“Albasete”) – Gürcüstan
Giorgi Papunaşvili (“Saraqosa”) – Gürcüstan

2. İngiltərə
Əsas Liqa: Henrix Mxitaryan (“Arsenal”) – Ermənistan

3. İtaliya
Əsas Liqa: Levan Mçedlidze (“Empoli”) – Gürcüstan

4. Almaniya
II Liqa: Dmitri Nazarov (“Aue”) – Azərbaycan
Barış Ekincier (“Bohum”) – Azərbaycan
Sarqis Adamyan (“Regensburq2) – Ermənistan
3-cü Liqa: Rüfət Dadaşov (“Proyssen”) – Azərbaycan
Lukas Hufnagel (“Unterhaçinq”) – Gürcüstan

5. Fransa
Əsas Liqa: Miçel Del Zakariyan (“Monpelye”-baş məşqçi) – Ermənistan
2-ci Liqa: Cambul Ciqauri (“Qrenobl”) – Gürcüstan

6. Rusiya
Əsas Liqa: Solomon Kvirkveliya (“Lokomoti”) – Gürcüstan
Cano Ananidze (“Spartak”) – Gürcüstan
Cia Griqalava (“Arsenal”) – Gürcüstan
Giorgi Çanturiya (“Ural”) – Gürcüstan
Cemal Tabidze (“Ufa”) – Gürcüstan
Varazdat Haroyan (“Ural”) – Ermənistan
Denis Tumasyan (“Ufa") – Ermənistan
Artur Sarkisov (“Yenisey”) – Ermənistan
Ramil Şeydayev (“Krılya Sovetov”) – Azərbaycan

II Liqa: Tornike Okriaşvili (“Krasnodar-2”) – Gürcüstan
İrakli Kvekveskiri (“Xabarovsk”) – Gürcüstan
Nika Calamidze (“Baltika”) – Gürcüstan
Şamil Qurbanov (“Sibir”) – Azərbaycan

7. Portuqaliya
Əsas Liqa: Giorgi Makarizde (“Rio Ave”) – Gürcüstan
Avtandil Ebralidze (“Şaviş”) – Gürcüstan
Giorgi Arabidze (“Nasional”) – Gürcüstan
Gevorq Qazaryan (“Şaviş”) – Ermnistan

II Liqa: Renat Dadaşov (“Eştoril”) – Azərbaycan

8. Belçika
Əsas Liqa: Giorgi Çakvetadze (“Gent”) – Gürcüstan
Giorgi Kvilitaia (“Gent”) – Gürcüstan
İvan Yaqan (“Eypen”) – Ermənistan

9. Ukrayna
Əsas Liqa: David Kotçolava (“Şaxtyor”) – Gürcüstan
Andro Giorqadze (“Vorskla”) – Gürcüstan
Aleksandr Kobakidze (“Vorskla”) – Gürcüstan
Zauri Maxaradze (“Zorya”) – Gürcüstan
Luka Koberidze (“Desna”) – Gürcüstan
Qeqam Kadimyan (“Vorskla”) – Ermənistan
Pavel Paşayev (“Aleksandriya”) – Azərbaycan

II Liqa: Giorgi Kobuladze (“İnhulets”) – Gürcüstan
Nika Sitçinava (“İnhulets”) – Gürcüstan
David Koxiya (“Sumi”) – Gürcüstan
Luka Nadiradze (“Sumi”) – Gürcüstan

10. Türkiyə
II Liqa: Deniz Yılmaz (“Gənclərbirliyi”) – Azərbayca
Ufuk Budak (“Boluspor”) – Azərbaycan
Timur Temeltaş (“Ümraniyəspor”) – Azərbaycan
Ozancan Kökçü (“Girəsunspor”) – Azərbaycan
Taşqın İltər (“Afyonspor”) – Azərbaycan

11. Hollandiya
Əsas Liqa: Araz Özbiliz (“Villem II”) – Ermənistan
2-ci Liqa: Qor Aqbalcan (“Qo Eheyd İqls) – Ermənistan
Levan Cordaniya (“Eyndhoven”) – Gürcüstan

12. Avstriya
Əsas Liqa: Otar Kiteişvili (“Şturm Qraz”) – Gürcüstan

II Liqa: Levan Eloşvili (“Kapfenberq”) – Gürcüstan

13. Danimarka
Əsas Liqa: Laşa Parunaşvili (“Esbyerq”) – Gürcüstan
Saba Lobzanidze (“Randers”) – Gürcüstan
Edqar Babayan (“Hobro”) – Ermənistan

14. Yunanıstan
Yoxdur

15. İsveçrə
Əsas Liqa: Otar Kakabadze (“Luzern”) – Gürcüstan
Valerian Gvilia (“Luzern”) – Gürcüstan

16. Xorvatiya
Əsas Liqa: Giorgi Mtçedlişvili (“Qoriça”) – Gürcüstan
David Arşakyan (“Qoriça”) – Ermənistan

17. Çexiya
yoxdur

18. Kipr
Əsas Liqa: Beka Mikeltadze (“Anortosis”) – Gürcüstan
Nika Katçarava (“Anortosis”) – Gürcüstan
İrakli Maisuradze (“Enosis”) – Gürcüstan
Hovhannes Hambardzumyan (“Enosis”) – Ermənistan

19. Serbiya
yoxdur

20. Şotlandiya
yoxdur

Siyahıda 13 azərbaycanlı futbolçu var ki, hamısı milliləşdirilib (!) . 13 erməni oyunçudan 5-i öz ölkələrində yetişib. 39 gürcüdən isə, 23-ü yerli akademiyaların “bəhrəsi”dir. Məntiqi olaraq millilərin  UEFA Millətlər Liqasında qrupda göstərdiyi nəticələr:

Gürcüstan məğlub olmadan, 6 oyuna 16 xalla D liqasının ən yüksək göstəricisinə imza atdı.
Ermənistan 10 xalla qrup ikincisi oldu. Komanda öz meydanında Cəbəllütariqə uduzaraq fiasko yaşadı. Lakin qrup liderini 4 cavabsız topla məğlub etməyi yığmanın potensialından xəbər verir.

Azərbaycan 9 xalla qrupda ikinci oldu. Qol vurmaqda çətinlik çəkdik. Qol duyumu olan hücumçu problemi yaşayırıq.



"Futbolpress"


oxunma sayı: 2551 | Paylaş:




?>