')

Bu gün:


FutbolPress.Az | U-21-in fiaskosu: Avropanın ən zəiflərindən biri

U-21-in fiaskosu: Avropanın ən zəiflərindən biri


oxunma sayı: 1763 Paylaş:

FutbolPressV YAZI (Əvvəli üçün LİNK)

Azərbaycan U-21 millisi Avropanın ən zəif komandalarındandı. Onsuz da yığmanın AVRO-2019-un seçmə mərhələsində yer aldığı qrupu qələbəsiz, 3 xallla sonuncu pillədə başa vurması bunu açıq göstərir, ancaq əgər tsiklin ümumi turnir cədvəli olsaydı, biabırçı vəziyyət daha qabarıq nəzərə çarpardı.

Millimiz kvalifikasiyaya qatılan 54 yığma arasında (Avropa Çemponatının ev sahibi olacaq İtaliya bu mərhələdən azaddı – F.T.) son “6-lıq”da qərarlaşıb. Burda yer alan komandalar maraqlıdı: Lixtenşteyn, San-Marino, Estoniya, Andorra, Cəbəllütariq və Azərbaycan. Bu komadalardan ilk ikisi ümumiyyətlə bütün oyunları məğlubiyyətlə bitirib. Estoniya cəmi 2 xal toplaya bilib. Andorra və Cəbəllütariq isə Azərbaycan yığması qədər – 3 xal qazanıb. Beləliklə, milli yalnız 3 komandadan daha yaxşı nəticə göstərib və ən zəiflər arasında 4-6-cı yerləri bölüşdürür. Bir amil də maraqlıdı ki, milli qələbə qazana bilməyibsə, Cəbəllütariqin heç olmasa 1 qalibiyyət sevinci olub.

10 oyunda meydana çıxan 36 futbolçunun cəmi 6 qol vurduğu komanda bu göstəriciyə görə də utanmalıdı. Milli yenə son “6-lıq”dadı. Gənclərimiz yalnız San-Marino, Andorra, Lixtenşteyn, Cəbəllütariq və Latviyaya baxıb “öyünə bilərlər”. Bu yığmalardan ilk 2-si 1, sonrakı 2-si 2, sonuncu isə 5 dəfə fərqlənib.

Hücum etmək bir yana, komanda heç müdafiə də oluna bilməyib. Yığmanın qapısı həmişə rəqibləri üçün “açıq” olub. Hərəyə 5 oyunda “çərçivə”ni qoruyan Mustafa Özhitay və Kamran İbrahimov ümumilikdə 27 dəfə topu tordan çıxarıblar. Müdafiə xətti Avrpada sonuncu olmadığı üçün bu 4 yığmaya təşəkkür etməlidi: Lixtenşteyn (42), Cəbəllütariq (36), San-Marino (29) və Andorraya (28).

Az qol vurub, çox top buraxan milli bəlli məsələdi ki, bunların balansında da ən zəiflərdəndi. Top fərqi -21 olan komanda yenə də Lixtenşteyn, Cəbəllütariq, San-Marino və Andorradan üstündü.

Futbolu ilə rəqiblərindən çox geri qalan milli üzvləri, qeyri-idman hərəkətləri ilə mübarizə aparmağa məcbur qalıblar. Belədə, komanda intizamsızlıqda “fərqlənib”. 3 dəfə qırmızı vərəqə ilə üzləşən milli bu göstəricidə yalnız Yunanıstan, Lüksemburq, Rumıniya və Makdeoniyadan öndə qərarlaşıb.

Göründüyü kimi, bütün göstəricilər biabırçı həddə olub. Azərbaycan seçmə mərhələni faktiki olaraq, Avropa futbolunun ən zəifləri – San-Marino, Cəbəllütariq, Lixtenşteynlə eyni sıralarda tamamlayıb. Ən pisi də odu ki, U-21 son seçmə mərhələlərdə bundan daha yaxşı çıxış etmişdi. Komanda ardıcıl 2 dəfə 5 komandalı qrupda 4-cü olmuşdu. Daha irəli getməyin düşünüldüyü zamanda isə futbolçularımız adət olunan yerə - autsayder mövqeyinə qayıdıb. Bütün göstəricilərdə...

Faiq Tahirov

(Davamı üçün LİNK)


oxunma sayı: 1763 | Paylaş:




?>