')

Bu gün:


FutbolPress.Az | U-21-in fiaskosu: 36 nəfərə 6 qol

U-21-in fiaskosu: 36 nəfərə 6 qol


oxunma sayı: 2077 Paylaş:

FutbolPressIV YAZI (Əvvəli üçün LİNK)

Daha öncəki yazılarda Azərbaycan U-21 millisinin AVRO-2019-un seçmə mərhələsindəki çıxışına ümumi nəzər yetirmiş, ayrı-ayrı baş məşqçilərin rəhbərliyi altında hansı fərqlərin müşahidə olunduğu haqda qeydlərimizi etmişdik. Bu dəfə futbolçulardan danışacağıq.
 
Məlumunuzdu ki, tsikl ərzində komandaya 3 məşqçi rəhbərlik edib. Yaşar Vahabzadə yığmanı 2 görüşə çıxarıbsa, ondan sonra Samir Ələkbərov 3 oyunda millinin "sükanı arxası"nda yer alıb. U-21 seçmə mərhələnin 2-ci yarısını Rəşad Sadıqovun rəhbərliyi altında keçirib. 3 çalışdırıcı ümumilikdə 36 futblçudan istifadə edib.
 
Baş məşqçilərin yaxşı oyunçu çatışmazlığından şikayətləndiyi zamanda 10 oyun üçün belə say çox böyük görünür. Əslində də səbəb heç də çoxlu sayda istedadlı gənc oyunçunun olması deyil. Sadəcə, U-21 eksperiment poliqonuna çevrilib. Həm yerli futbolçuların dəvətində, həm də legionerlərin cəlbində hər hansı məhdudiyyət haqda düşünülməyib. Hələ heyətə cəlb olunub, oynamayan futbolçuları da nəzərə aldıqda bu say daha da böyüyür.

36 futbolçunun 25-i seçmə mərhələnin birinci hissəsində - Ələkbərov və Vahabzadənin zamanında meydana çıxıb. Rəşad Sadıqov isə daha 11 futbolçuya şans verib. Artıq imkanların itirildiyi zamanda gənc mütəxəssisin müxtəlif eksperimentlər aparmasını başa düşmək olar. Bunların uğurlu olub-olmadığı isə növbəti tikldə aydınlaşacaq.
 
Seçmə mərhələdə millinin əvəzedilməz futbolçusu Sertan Taşkın olub. O, 10 oyunun hər birində 90 dəqiqə oynayıb. Qismət Alıyev 9, Bəhlul Mustafazadə və Budaq Nəsirov isə 8 matçda meydanda olub.
 
10 futbolçu heç 1 90 dəqiqə də meydanda olmayıb. Söhbət Ömər Buludov, İsmayıl İbrahimli, İlkin Sadıqov, Ziya Əzizov, Vüqar Həsənov, Elgün Uluxanov, Cabir Əmirli, Fərid Nəbiyev, Pərviz Qaraxanov və Üvi İsgəndərovdan gedir. Sonuncu cəmi 19 dəqiqə oynamaq şansı əldə edib.
 
Bu seçmə mərhələdə də əsas problem qol vurmaqla bağlı olub. 36 futbolçu faciəvi həddə, ümumilikdə cəmi 6 dəfə fərqlənə bilib. Xüsusi bombardirlik keyfiyyəti ortaya qoyan da olmayıb. 6 qolun hərəsi 1 nəfərin payına düşür. Fəhmin Muradbəyli, Elnur Cəfərov, Mahir Mədətov, İlyas Səfərzadə, Barış Ekincier və Renat Dadaşov adını tabloya yazdıra bilib. Bu cür vəziyyət ölkə fubolunda hücumçu probleminin hələ uzun illər davam edəcəyindən xəbər verir.
 
6 qol vuran komanda bunun əvəzində qapısında 27 top görüb. Bunlardan 19-nu Mustafa Özhitay, 8-ni Kamran İbrahimov buraxıb. Hər iki futbolçu 5 matçda meydanda olub. İlk baxışdan Kamranın böyük fərq ortaya qoyduğu təsiri yaransa da, əslində bu qapıçılar təxminn eyni səviyyədədilər. Sadəcə, milliləşdirilən Özhitayın bəxti onda gətirməyib ki, o, Almaniyaya qarşı matçlarda meydanda olub. Özhitay 19 qolun 13-nü məhz “Bundestim”dən buraxıb. İbrahimov qapısından daha az top çıxarsa da, bir neçə kobud səhvə yol verməsi ölkə futbolunun gələcəkdə qapıçı chətdən də çətinlik yaşayacağını demyə əsas verir.

Ümumilikdə, əsas millinin gələcəyi olaraq görülən bu futbolçular oyunları ilə ümid verməyib. Düzdü, onlardan bəziləri indi də əsas yığmaya dəvət alır. Ancaq öz yaşıdları qarşısında aciz qalan oyunçu daha təcrübəlilərlə mübarizədə nə edə biləcək? U-21-in belə durumu ölkə fubolunun gələcəyi ilə bağlı narahatlığı artırır.
 

Futbolçu Oyun Dəqiqə Qol
Sertan Taşkın 10 900 0
Qismət Alıyev 9 733 0
Bəhlul Mustafazadə 8 720 0
Budaq Nəsirov 8 545 0
Anton Krivotsyuk 7 627 0
Ozan Can Kokcu 7 346 0
Fəhmin Muradbəyli 6 378 1
Yusif Nəbiyev 6 378 0
Ehtiram Şahverdiyev 6 359 0
Kamran İbrahimov 5 450 -8
Mustafa Özhitay 5 450 -19
Serkan Baloğlu 5 450 0
Hacıağa Hacıyev 5 431 0
Əlibəy Məmmədli 5 212 0
Eltun Turabov 4 315 0
Elnur Cəfərov 4 227 1
İlkin Muradov 4 173 0
Mahir Mədətov 3 260 1
Elvin Sərkərov 3 185 0
İlyas Səfərzadə 3 183 1
Barış Ekincier 3 166 1
Renat Dadaşov 2 180 1
Ramil Şeydayev 2 176 0
Xəyal Nəcəfov 2 173 0
Alen Askerov 2 135 0
Onur Albayrak 2 135 0
Ömər Buludov 2 89 0
İsmayıl İbrahimli 2 81 0
İlkin Sadıqov 2 70 0
Ziya Əzizov 2 39 0
Vüqar Həsənov 1 67 0
Elgün Uluxanov 1 61 0
Cabir Əmirli 1 57 0
Fərid Nəbiyev 1 55 0
Pərviz Qaraxanov 1 34 0
Ülvi İsgəndərov 1 19 0


Faiq Tahirov


oxunma sayı: 2077 | Paylaş:




?>