')

Bu gün:


FutbolPress.Az | U-21-in fiaskosu: Vahabzadə ilə bərbad start

U-21-in fiaskosu: Vahabzadə ilə bərbad start


oxunma sayı: 1777 Paylaş:

FutbolPressI YAZI

Azərbaycan U-21 millisi AVRO-2019-un seçmə mərhələsində çıxışını başa vurub. V qrupda yer alan komanda sonuncu – 10-cu oyununu səfərdə Norveçə qarşı keçirib. 1:1 hesabı ilə yekunlaşan qarşılaşma yığmanın seçmə mərhələni qələbəsiz başa vurmasını rəsmiləşdirib. Yalnız 3 heç-heçə edə bilən U-21 qrup sonuncusu olub. Maraqlıdı ki, bizə ən yaxın olan komanda - Kosovo düz 9 xal çox toplaya bildi. Ümumiyyətlə, hamı mübarizə apardı. Azərbaycan millisindən başqa...

Komandanın bu tiskildəki çıxışını 3 mərhələyə bölmək olar. Elə millini matçlara 3 ayrı baş mşqçi çıxarıb. Yığma Yaşar Vahabzadə ilə start versə də, 2 turdan sonra onu Samir Ələkbərov əvəzləyib. Son 5 matçda isə komandaya Rəşad Sadıqov rəhbərlik edib. Yığmanın ümumi çıxışı və nəticələr fiasko olsa da, adıçəkilən çalışdırıcıların dövründə bir-birindən kəskin fərqlənən məqamlar da gözə dəyib. Elə bu səbəbdən U-21-in çıxışına məhz baş məşqçilərin dövrləri ilə baxmaq faydalı olar...

Milli seçmə mərhələyə İsrailə qarşı səfər oyunu ilə başladı. Rəqib matçın böyük bir hissəsini azlıqda keçirsə də, hətta 10 nəfərlə yığmamıza 2 top vura bilmişdi. Qarşılaşmanın ümumi nəticəsi isə 1:3 oldu. Səfər oyunu olduğu, həm də Vahabzadə bundan əvvəlki tsikldə bəzi yaxşı nəticələr qazana bildiyi üçün həmin matçdakı bərbad oyun bir o qədər də müzakirə olunmadı.

İrlandiyaya evdəki məğlubiyyət (1:3) isə problemlərin çox böyük olduğuu göstərdi. Millinin məhəllə komandası kimi görünməsinə birbaşa cavabdeh Yaşar Vahabzadə hesab edildi. Elə yekun qərar da onun komandadan qovulması oldu.

Bu, elə bir dövr idi ki, yığma, həqiqətən də biabırçı oynayırdı. Komanda heç yoxlama matçlarında Türkiyənin, Almaniyanın aşağı liqa klubları ilə bacarmırdı. Rəsmi oyunlarda isə yalnız bəzi futbolçular fərdi bacarıqları ilə nəsə etməyə çalışırdı. Millidə nə bir oyunsistemi görünürdü, nə komanda ruhu var idi, nə baş məşqçi işi gözə dəyirdi. Sadəcə 11 məqsədsiz-məramsız futbolçu meydana çıxır, 90 dəqiqə qaçır və uduzurdu.

Yaşar Vahabzadənin komandasında bərbad oyunla yanaşı, çox pis tendensiya da var idi. Bu, həmin vaxtlarda xeyli müzakirələrə səbəb olan milliləşdirilmiş çoxlu futbolçunun heyətdə çıxış etməsi idi. Xüsusilə Mustafa Özhitay, Serkan Baloğlu, Onur Albayrak kimi ikinci sort türk futbolçuların biabırçı oyunu etirazlara səbəb olmuşdu. Hələ Əmirhüseyn Nəcəfi adlı iranlı qapıçı milliləşdirilmişdi. “Səbail”ə də “sırınan” Nəcəfini nə klubda, nə millidə heyətdə görə bildik. Vahabzadənin qovulmasından sonra ondan da xəbəri olan yoxdu.

Baş məşqçinin legionerlərin dəvət edilməsinə izahı bu cür idi ki, yerli futbolçu tapa bilmir, gənclər əsasən Premyer Liqa klublarının əvəzedici komandasında oynamalı olur və onların səviyyəsi milliyə uyğun deyil. Bu əsaslardan birincisi TPL-də yaş limitinin faydalılığını sual altında qoyurdu. Bəli, doğrudan da, bu məsələ mübahisəlidi və görünən qədər ölkə futboluna xeyri yoxdu. İkincisi ilə isə baş məşqçi çağırdığı legionerlərin əslində həvəskar səviyyədə belə, oynamaq şansı qazanmadıqlarından xəbərsizliyini göstərirdi. Bəh-bəhlə dəvət olunan Özhitay, Baloğlu, Albayrak klublarında futbolçu yerinə qoyulmurdu.

Nəticə olaraq, Yaşar Vahabzadənin göndərilməsi müsbət qarşılanmışdı. Düzdü, yeni baş məşqçinin fantastik nələrəsə nail olacağı gözlənilmirdi, amma dəyişikliyin vcibliyinin fərqinə varılması da irəliləyiş idi. Bir şey dəqiq idi ki, cəmi 2 turda seçmə mərhələ artıq itirilmişdi - Yaşar Vahabzadənin "sayəsində". Dəyişiklik labüd idi.

Faiq Tahirov


oxunma sayı: 1777 | Paylaş:




?>