')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" yeni transferini rəsmən açıqladı

"Qarabağ" yeni transferini rəsmən açıqladı


oxunma sayı: 290 Paylaş:

FutbolPress2018/19-cu illər mövsümünə hazırlığını davam etdirən “Qarabağ” heyətini də gücləndirməyə davam edir.

Ağdam klubu fransalı futbolçu Abdulla Zubiri heyətinə qatıb. Futbolçuyla 2 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına Fransada 2011-ci ildə “Qrenobl” klubunda başlayan Zubir bir mövsüm sonra eyni ölkənin “İstr” klubuna keçib. 2013/14-cü illər mövsümünün ikinci yarısında icarə əsasında Şotlandiyanın “Hibernian” klubunda çıxış edib, daha sonra yenidən müqaviləylə məxsus olduğu “İstr” klubuna qayıdıb. 2015/16-ci illər mövsümündə Rumıniyanın “Petrolul” klubuna transfer olunub.

Daha sonra Fransanın “Lans” klubuna keçən fransalı yarımmüdafiəçi son iki mövsümü burada keçirib.

“Qarabağ”ın 26 yaşlı transferi “Lans” formasıyla meydanda olduğu 70 oyunda 6 qol və 12 məhsuldar ötürməylə yadda qalıb.



oxunma sayı: 290 | Paylaş:




?>