')

Bu gün:


FutbolPress.Az | "Neftçi" Rumıniya klubu ilə qarşılaşacaq - VİDEO

"Neftçi" Rumıniya klubu ilə qarşılaşacaq - VİDEO


oxunma sayı: 124 Paylaş:

FutbolPressTürkiyədə təlim-məşq toplanışında olan “Neftçi” hazırlığa ara vermədən davam edir.

Dünən ilk yoldaşlıq görüşündə Makedoniyanın "Şkupi” kollektivini 2:0 hesabı ilə məğlub edən komanda bu gün istirahət etmədən iki məşqə çıxıb.

Səhər məşqində yüngül qaçış və isinmə hərəkətlərindən sonra yoxlama oyununda əsas heyətdə meydana çıxan futbolçular fiziki hazırlıq üzrə məşqçi Andrea Mezzunun rəhbərliyi altında komandadan ayrı hazırlıqları davam etdirib. Digər qrup isə taktiki çalışmalardan ibarət ikitərəfli oyunla məşqi tamamlayıb.

Roberto Bordinin yetirmələri axşam məşqində isə fiziki ağırlıqlı tapşırıqları yerinə yetirdikdən sonra 3 qrupa bölünərək taktiki-texniki təmrinlərlə toplanışın 3-cü gününü tamamlayıb. Məşqlərdə toplanışda iştirak edən bütün futbolçular iştirak edib.

İyulun 6-na qədər qardaş ölkədə hazırlıqları davam etdirəcək "Neftçi”, sabah da iki məşqə çıxacaq. Komanda iyunun 28-də növbəti yoxlama görüşü keçirəcək. Rəqib isə Rumıniyanın "Dunarea Kalarası” klubu olacaq.




oxunma sayı: 124 | Paylaş:




?>