')

Bu gün:


FutbolPress.Az | Medvedev "Olimpiya" haqda: "İstəmədiyimiz rəqib düşdü"

Medvedev "Olimpiya" haqda: "İstəmədiyimiz rəqib düşdü"


oxunma sayı: 321 Paylaş:

FutbolPress"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev komandanın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniya "Olimpiya"sı haqda fikirlərini bildirib. O, klubun rəsmi saytına açıqlamasında bunları deyib:

"İstəmədiyimiz bir rəqib düşdü, 5 potensial rəqibdən ən güclüsüylə qarşılaşacağıq. İlk oyunumuz səfərdə olacaq, çalışmalıyıq ki, yaxşı nəticəylə qayıdaq. Maksimum diqqətli olmalıyıq, rəqib də öz meydanında qələbə qazanmağa çalışacaq. Avstriyada təlim-məşq toplanışımızı davam etdiririk. Hələ ki, əsasən fiziki göstəriciləri daha yaxşı vəziyyətə gətirmək üzərində çalışırıq. Növbəti günlərdə komandayla birlikdə rəqibi analiz etməyə başlayacağıq. Və buna uyğun taktika seçib meydana çıxacağıq. Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik".

Cütün ilk oyunu iyulun 11-də, Bakı vaxtı ilə saat 22-00-da Sloveniyada keçiriləcək.


oxunma sayı: 321 | Paylaş:




?>