"Qarabağ" "kvadrat" oynadı
Paylaş:
“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.
Ağdam təmsilçisi bu gün yerli saatla saat 12:30-da günün ilk məşqinə çıxıb.
Fitnes zalında çalışmalardan sonra futbolçular meydançaya yollanıb. İki qrup halında çalışan komanda “kvadrat” oynayıb, taktiki çalışmaları yerinə yetirib, sonda isə qapıya zərbələr üzərində çalışıb.
| Paylaş: