')

Bu gün:


FutbolPress.Az | "Keşlə" 3 futbolçu ilə müqavilə bağladı

"Keşlə" 3 futbolçu ilə müqavilə bağladı


oxunma sayı: 247 Paylaş:

FutbolPress“Keşlə” daha bir neçə futbolçusunu heyətdə saxlamağa qərar verib.

Vaqif Cavadov, Orxan Sadıqlı və Ebrima Sohna paytaxt klubu ilə yeni müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Hər üç futbolçu daha bir il müddətinə “Keşlə”də çıxış edəcək.

“Keşlə” daha öncə Fuad Bayramov, Slavik Alxasov, Sərtan Taşkın, Tərlan Quliyev, Adrian Skarlatake, Andre Klennon, Denis Silva, Cabir Əmirli və Murad Qayalı ilə müqavilə yeniləmişdi. Bakılılar həmçinin “Sumqayıt”dan Azər Salahlı ilə Amil Yunanovu heyətə cəlb ediblər.



oxunma sayı: 247 | Paylaş:




?>