')

Bu gün:


FutbolPress.Az | "Bunu meydanda sübut etməliyik" - "Neftçi"nin braziliyalısı

"Bunu meydanda sübut etməliyik" - "Neftçi"nin braziliyalısı


oxunma sayı: 250 Paylaş:

FutbolPress“Neftçi”nin braziliyalı yarımmüdafiəçi Dario Frederiko komandanın indiki durumu və Avropa Liqasının püşkünün nəticəsi haqda klubun rəsmi saytına açıqlama verib.

“Sambaçı” hazırlıqdan razı qaldığını bildirib:

"Komandanın durumu yaxşıdı. Hazırlıq əla keçir, bizim çox mehriban kollektivimiz var”.

“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacığı Macarıstanın "Uypeşt” komandasına gəlincə, Frederiko bunu deyib:

"Rəqib haqqında ətraflı məlumatımız olmasa da, məşqçilər "Uypeşt”i təhlil edib, bizimlə bu informasiyanı bölüşəcək”.

Frederiko "Neftçi”nin ilk təsnifat mərhələsini adlamaq üçün hər şey edəcəyini vurğulayıb:

"Əlimdən gələni edəcəm ki, "Neftçi”yə mərhələ adlamaq üçün kömək edim. Bizim yaxşı oyunçularımız var, bunu da meydanda sübut eməliyik”.


oxunma sayı: 250 | Paylaş:




?>