')

Bu gün:


FutbolPress.Az | "Neftçi"dən məşqə buraxılmayan futbolçularla bağlı açıqlama

"Neftçi"dən məşqə buraxılmayan futbolçularla bağlı açıqlama


oxunma sayı: 601 Paylaş:

FutbolPressXəbər verdiyimiz kimi, "Neftçi"nin iki futbolçusu bu gün komandanın səhər məşqinə buraxılmayıb. Komandanın futbolçusu Lukas Qomes "Instagram" hesabında paylaşım edərək, Mayk Kampasla birgə onlara heç bir məlumat verilmədən klubun belə bir addım atdığını yazıb.

Məsələ ilə bağlı "Neftçi" tərəfinin mövqeyini öyrənmək üçün klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. O, vəziyyəti belə izah etdi:

"Bizdə artıq bir neçə gündü ki, məşqlər başlanıb və bu futbolçular iştirak etməyiblər. Hazırda bizim hüquqşünasımız onların menecerləriylə danışıq aparır. Klub hər iki futbolçu ilə müqaviləyə xitam vermək fikrindədi. Hazırda buna çox yaxınıq. Düşünürük ki, növbəti mövsüm nə Qomes, nə də Kampas komandada qalacaq. Onların klubun bu futbolçularla yollarını ayırmaq istəməsi ilə bağlı məlumatı var idi. Bugünkü məşq də saat 10-da başlayıb, bu iki futbolçu isə daha gec gəlib. Sadəcə onlara bildirilib ki, hazırda rəhbərlikdən sizi qəbul edəcək kimsə yoxdu".


oxunma sayı: 601 | Paylaş:




?>