')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" "Beşiktaş"a qalib gəldi

"Qəbələ" "Beşiktaş"a qalib gəldi


oxunma sayı: 304 Paylaş:

FutbolPressÇexiyanın paytaxtı Praqada keçirilən “All Stars Cup” turnirinə yekun vurulub.

“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası yarışın son oyun günündə 3 matç keçirib. 9-16-cı yerlər uğrunda mübarizə aparan “qırmızı-qaralar” öncə Çexiya “Fastav Jlin”i ilə qarşılaşıb. Qolsuz bitən görüşdə penaltiləri daha dəqiq yerinə yetirən meydan sahibləri qalib gəlib – 5:4. Çexiyanın digər təmsilçisi “Slovaçko”ya 0:2 hesabı ilə uduzan “Qəbələ” son qarşılaşmada Türkiyə “Beşiktaş”ı ilə üz-üzə gəlib. Qolsuz bitən görüşdə komanda penaltilərlə qalib gəlib – 6:5.

Beləliklə, “qırmızı-qaralar” turniri 15-ci yerdə başa vurub. Turnirin qalibi adına isə finalda Almaniya “Herta”sına 2:0 hesabı ilə qalib gələn İspaniya “Barselona”sı yiyələnib.


oxunma sayı: 304 | Paylaş:




?>