')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" "Barselona"ya uduzdu

"Qəbələ" "Barselona"ya uduzdu


oxunma sayı: 413 Paylaş:

FutbolPressÇexiyanın paytaxtı Praqada keçirilən “All Stars Cup” turnirində ikinci oyun gününə yekun vurulub.

“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası ikinci qrup mərhələsində 3 oyun keçirib. İspaniyanın “Barselona” klubuna 0:3, Rusiya “Zenit”inə 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar” Almaniya təmsilçisi “Herta”ya qalib gəlib – 1:0. Matçdakı yeganə qola Nemət Şıxəmirov imza atıb.

İlk iki mərhələnin yekununda 2 qələbə və 4 məğlubiyyəti olan komanda ümumi sıralamada 11-ci olub. “Qəbələ” cədvəldə “Zenit”, “Beşiktaş”, “Fastav Jlin”, “Dukla” kimi komandaları qabaqlayıb. Bu gün 9-16-cı yerlər uğrunda mübarizə aparacaq “Qəbələ”nin ilk rəqibi Çexiya təmsilçisi “Fastav Jlin” olacaq.


oxunma sayı: 413 | Paylaş:




?>