')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" MOİK-lə qarşılaşacaq

"Qəbələ" MOİK-lə qarşılaşacaq


oxunma sayı: 358 Paylaş:

FutbolPress“Qəbələ” mövsümlərarası fasilədə hazırlıqlarını davam etdirir.

“Qırmızı-qaralar” Qəbələdə gerçəkləşən təlim-məşq toplanışının 5-ci gününü başa vurub. Komanda iki dəfə məşq edib. Sabah Qəbələ şəhər stadionunda baş tutacaq məşq prosesi ilə hazırlığın 1-ci mərhələsi başa çatacaq.

Ardınca Bakıya yollanacaq “Qəbələ” paytaxtda yoxlama oyunu keçirəcək. Komanda iyunun 18-də MOİK-lə üz-üzə gələcək. Qarşılaşma saat 11:30-da başlayacaq. “Qəbələ” iyunun 20-də Sloveniya təlim-məşq toplanışına yollanacaq.


oxunma sayı: 358 | Paylaş:




?>