')

Bu gün:


FutbolPress.Az | "Millətlər Liqasında çətin olacaq" - Qurban Qurbanov

"Millətlər Liqasında çətin olacaq" - Qurban Qurbanov


oxunma sayı: 966 Paylaş:

FutbolPress"10 gün ərzində 3 oyun keçirdik. Qazaxıstana məğlubiyyətdən sonra istəyirdik, komanda tam hazır olsun" - bu sözləri Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Latviya ilə yoxlama oyunundan sonra deyib.

Yığmanın 3:1 hesablı qələbəsini şərh edən mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:

"Çox hərəkətli komandaya qarşı oynadıq. Futbolçularımın oyunundan, göstərdikləri xarakterdən razı qaldım".

Qurbanov millinin artırma dəqiqələrində qol buraxaraq, böyükhesablı qələbəni əldən verməsinə də toxunub. O, bunu texniki səhvlə əlaqələndirib:

"Buraxılan qola gəlincə, hesab 3:0 olanda bir çox futbolçularda adətən bir qədər arxayınlıq ola bilər. Bu, daha çox texniki səhv oldu. Son dəqiqələrdə rəqib də hücumda çoxaldı. Amma istəməzdim ki, son anlarda qol buraxaq".

Təcrübəli çalışdırıcı son yoxlama matçlarına əsasən yığmanın əsas "11-liy"ini təxminən müəyyənləşdirdiyini, ancaq dəyişikliklərin ola biləcəyini söyləyib:

"Komandanın start heyəti təxmini var. Heç bir görüşdə tam heyətlə oynamamışıq. Çünki futbolçuların formasından da çox şey asılı olacaq. Rəqibdən asılı olaraq, heyət dəyişə bilər. Yoxlama görüşlərində futbolçuları yoxlamaq mənim üçün çox vacib idi. Komandada müsbətə doğru çox dəyişiklik gördüm".

Qurbanov qısaca millinin qarşıdan gələn Millətlər Liqasındakı şansı barədə də fkirlərini bildirib:

"UEFA Millətlər Liqasında çətin olacaq. İstəyirəm, komanda o oyunlara tam hazır olsun. Bizi həmin turnirdə maraqlı qarşılaşmalar gözləyir".

 


oxunma sayı: 966 | Paylaş:




?>