')

Bu gün:


FutbolPress.Az | Millini Riqada gözləyən itki

Millini Riqada gözləyən itki


oxunma sayı: 1255 Paylaş:

FutbolPressAzərbayan millisi bu gün yoxlama matçında Latviya ilə qarşılaşacaq. Görüşün yığmanın FIFA reytinqinə necə təsir edəcəyi müəyyənləşib.

Riqa sınağı yalnız itki vəd edir. Oyunun nəticəsinin necə olacağından asılı olmayaraq, millimizin xal hesabında azalma olacaq

Hazırda aktivindəki 321 xalla 105-ci olan komanda qalib gələcəyi halda 2 xal geri düşəcək. Heç-heçə 18, məğlubiyyət isə 25 xal itirmək demək olacaq.

İndiki durumu nəzərə alsaq, Riqadakı qələbə ilə 105-ci pilləni qorumaq mümkündü. Heç-heçə 3, məğlubiyyət isə 5 pilləlik geriləmə vəd edir. Ancaq bu, az və ya çox da ola bilər. Çünki növbəti siyahının açıqlanacağı tarixə - 19 iyuna qədər keçiriləcək matçların sayı çoxdu və ididən dəqiq ehtimal irəli sürmək mümkün deyil. Ancaq güman ki, yığma qalib gəlməyəcəyi halda geriləyəcək.

"Dauqava" stadionunda keçiriləcək Latviya - Azərbaycan oyunu 19:00-da start götürəcək.


oxunma sayı: 1255 | Paylaş:




?>