')

Bu gün:


FutbolPress.Az | Azərbaycan millisindən böyük irəliləyiş - FIFA reytinqi

Azərbaycan millisindən böyük irəliləyiş - FIFA reytinqi


oxunma sayı: 572 Paylaş:

FutbolPressFIFA milli komandaların növbəti reytinq siahısını dərc edib. Azərbaycan yığması 21 pilləlik irəliləyişə nail olub.

Bu, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin Qırğızıstan və Qazaxıstan milliləri ilə yoxlama oyunlarındakı nəticələrindən sonra müəyyənləşib. Ötən ay açıqlanan cədvəldə 245 xalla 126-cı olan millimiz Qırğızıstan üzərində 3:0 hesablı qələbə ilə aktivini 321-ə çatdırıb. Astanada Qazaxıstana 0:3 hesablı məğlubiyyət isə 9 xalın silinməsinə səbəb olub.

Ancaq bu, yığmanın ciddi irəliləyişinə mane olmayıb. Hazırda millimizin hesabında olan 312 xal 21 pilləlik sıçrayışla 105-ci yerə yüksəlməyə imkan verib. Son bir ayda ən çox irəliləyişə imza atan yığma yeni siyahıda Haiti (104) və Madaqaskarla (106) "qonşu"du.

Reytinq cədvəlinə Almaniya başçılıq edir. Braziliya 2-ci, Belçika 3-cüdü.


oxunma sayı: 572 | Paylaş:




?>