')

Bu gün:


FutbolPress.Az | Astanada itirilən xallar və 21 pilləlik sıçrayış

Astanada itirilən xallar və 21 pilləlik sıçrayış


oxunma sayı: 644 Paylaş:

FutbolPressAzərbaycan millisinin növbəti FIFA reytinqində neçənci olacağı müəyyənləşib. Hesablamalara əsasən, yığmamız 21 pilləlik irəliləyişə nail olacaq.

Bu, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin Qırğızıstan və Qazaxıstan milliləri ilə oyunlardakı nəticələrindən sonra müəyyənləşib. Ötən ay açıqlanan cədvəldə 245 xalla 126-cı olan millimiz Qırğızıstan üzərində 3:0 hesablı qələbə ilə aktivini 321-ə çatdırmışdı. Dünən Astanada Qazaxıstana 0:3 hesablı məğlubiyyət isə 9 xalın silinməsinə səbəb olub.

Ancaq bu, yığmanın ciddi irəliləyişinə mane olmayıb. Hazırda millimizin hesabında olan 312 xal 21 pilləlik sıçrayışla 105-ci yerə yüksəlməyə imkan verəcək. Bunda digər yığmaların nəticələrinin də rolu olub.

Son bir ayda ən çox irəliləyişə imza atan millimiz yeni siyahıda Haiti (104) və Madaqaskarla (106) "qonşu" olacaq.

FIFA-nın yeni reytinq cədvəli sabah açıqlanacaq.


oxunma sayı: 644 | Paylaş:




?>