')

Bu gün:


FutbolPress.Az | "Komandanın rəqibi dayandırmağa gücü çatmadı" - Qurban Qurbanov

"Komandanın rəqibi dayandırmağa gücü çatmadı" - Qurban Qurbanov


oxunma sayı: 587 Paylaş:

FutbolPressAzərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov yığmanın Qazaxıstana 0:3 hesabı ilə məğlub olduğu yoxlama matçından sonra fikirlərini bildirib.

O, yığmanın rəqib futblçuları saxlamağa gücünün çatmadığını söyləyib:

“İlk növbədə rəqibi həm yaxşı oyun, həm də qələbə münasibətilə təbrik edirəm. Bizə gəldikdə, danışılası çox şey yoxdur. Düşünürəm ki, komanda ilə çox danışacağıq. Bu oyun çox şey verdi mənə, çox məqamları gördüm bu qarşılaşmada. Demək olar ki, oyunun ilk 20 dəqiqəsində məğlub olduq. Qalan vaxtlarda isə, təbii ki, rəqib daha inamlı idi, hücumları qurmaqda bizim üçün çətinlik yaradırdılar. 
Bilirdik ki, rəqib ilk dəqiqələrdən pressinq edəcək. Komandamızın rəqib futbolçularını dayandırmaq üçün gücü çatmadı. Nəyin üzərində daha çox işləməli və nəyə daha çox diqqət ayırmalı olduğumuzu görməyim baxımından mənim üçün çox vacib görüş oldu”.

Qurban Qurbanov ikinci hissədə etdiyi dəyişikliklər barədə danışıb: "İkinci hissədə etdiyim dəyişikliklər taktiki gedişlə bağlı idi.  Heyətdə olan bütün futbolçulara şans verməyə çalışdım ki, onlar qarşıdakı oyunlara hazır olsunlar".

Çalışdırıcı Qazaxıstanın hücum xəttinin güclü olduğunu vurğulayıb: "Dediyim kimi, Qazaxıstan çox artırıb, xüsusən də hücumda. Komanda hücumda daha yaxşı oynamağı bacarır. Hücum xəttində mübarizə aparan futbolçular bizə xeyli çətinlik yaratdılar".

46 yaşlı məşqçi millimizin bir neçə gün öncə məğlub etdiyi Qırğızıstan millisi iilə Qazaxıstanı müqayisə edib: "Qazaxıstan və Qırğızıstan milli komandaları arasında ciddi fərq var. Lakin müqayisə etmək niyyətində deyiləm. Onu deyə bilərəm ki, Qazaxıstan millisi Qırğızıstandan güclüdü".


oxunma sayı: 587 | Paylaş:




?>