')

Bu gün:


FutbolPress.Az | "Qarabağ"ın büdcəsi azalacaq" - Abdulbari Gözəl

"Qarabağ"ın büdcəsi azalacaq" - Abdulbari Gözəl


oxunma sayı: 873 Paylaş:

FutbolPress"Qarabağ"ın fəxri prezidenti Abdulbari Gözəl Topaz Premyer Liqasının son turu çərçivəsində keçirilən "Qəbələ" - "Qarabağ" (0:1) matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

- "Qarabağ"ın çempion olması münasibəti ilə nə deyə bilərsiniz?
- Bu komandaya adı "Qarabağ" olduğu üçün dəstək verdik. Sübut etməyə çalışdıq ki, Qarabağ kimindi. Şükürlər olsun ki, komandamızı Avropaya çıxardıq, Azərbaycanın səsi oldu. Biz hər zaman zəiflərin yanındayıq. Bəzən deyirlər ki, "Azərsun" fəhlə təbəqəsindəndi, bu doğrudan da belədi. Şükürlər olsun ki, biz öz istəklərimizə nail oluruq. Bu il bizi Avropada çətin mövsüm gözləyir. Çünki qrupa düşmək üçün çətin rəqiblərlə qarşılaşacağıq. Qurban Qurbanov ağıllı adamdı. Səlahiyyəti vermişik ona.

- Yeni transferlər olacaq?
- Mütləq. Amma büdcə əvvəlki illərə baxanda aşağı düşəcək. Çünki biz Avropa klubları ilə ayaqlaşa bilmərik. Onlar bilet satışlarından xeyli gəlir əldə edirlər. Bizdə isə elə bir imkan yoxdu. Gün gəlsin, Azərbaycan camaatı varlansın, biz də biletin birini 50 manata satacağıq (gülür).

- Kluba buraxdığınız büdcə sizə xeyir olaraq geri dönə bilər...
- Bəli, qrupa düşsək, qrupdan çıxsaq xeyli qabağa getmiş olarıq. Ancaq bunlar şans, bəxt işləridi. Nəyin necə olacağını indidən söyləmək olmaz.

- "Qarabağ" 5 ildi ki, ardıcıl çempion olur. Sizcə, Azərbaycan çempionatının səviyyəsi aşağı düşüb?
- Xeyr, Azərbaycan klubları bu il daha güclü idilər.


oxunma sayı: 873 | Paylaş:




?>